Rayonlarda leysan yağışları yağıb, dolu düşüb

Rayonlarda leysan yağışları yağıb, dolu düşüb

02 İyun 2023

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Gəncə, Lerikdə yağış yağıb, Gədəbəy rayonunun Slavyanka, Maarif, Daşbulaq, Nərimankənd və Söyüdlü kəndlərinə saat 14:30-14:40 radələrində dolu düşüb.

Xidmətdən NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Aran rayonlarında isə 23-27 dərəcə isti qeydə alınıb.

Respublikanın bəzi çaylarında sululuq azalıb, Qarasuçay-Zərdab çayında isə 21 sm artım müşahidə olunub.