Ramazanın 20-ci gününün duası - 

Ramazanın 20-ci gününün duası -  imsak və iftar vaxtı

19 Mart 2025

Sabah Azərbaycanda Ramazan ayının iyirminci günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda mart ayının 20-də imsak saat 05:37-də, iftar isə saat 19:25-dədir.

Ramazan ayının 20-ci gününün duası:

"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin".

Tərcüməsi: 

"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

Allah orucunuzu qəbul etsin!

Qeyd: Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.

Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl

Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl

Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra

Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra

Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra

Martın 30-u Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.