Rahil Məmmədovun yeni klubu rəsmən bəlli olub

Rahil Məmmədovun yeni klubu rəsmən bəlli olub

18 İyul 2024

Azərbaycan millisinin üzvü Rahil Məmmədovun karyerasını Polşa çempionatında davam etdirəcəyi dəqiqləşib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 28 yaşlı müdafiəçi sözügedən ölkənin yüksək liqa təmsilçisi "Radomyak" klubu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, R. Məmmədov sonuncu dəfə Polşanın digər təmsilçisi LKS kollektivində çıxış edib.