Qran-pri: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə məğlub olub - YENİLƏNİB

Qran-pri: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə məğlub olub - YENİLƏNİB

03 İyun 2023

Azərbaycan cüdoçusu İbrahim Əliyev Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə bürünc medal qazana bilməyib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə fransalı Benyamin Axusa uduzub.

Eyni çəkidəki Nurlan Osmanov bürünc medal qarşılaşmasında meksikalı Gilberto Kardosoya yenilib.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.