Qırğızıstanda 700 milyon dollara başa gələcək Avrasiya kompleksi tikiləcək

Qırğızıstanda 700 milyon dollara başa gələcək Avrasiya kompleksi tikiləcək

08 Dekabr 2023

Qırğızıstanın Nazirlər Kabineti və Qırğızıstan-Çin İnvestisiya Holdinqi arasında "Avrasiya ticarət və logistika kompleksi" layihəsinin həyata keçirilməsinə dair investisiya sazişi imzalanıb.

NAXCİVANXEBERLERİ.COM-un yerli KİV-ə istinadən verdiyi məlumata görə, sənədin imzalanması Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov ilə Çin Ticarət Palatasının iqtisadiyyatın özəl sektorunda beynəlxalq əməkdaşlıq üzrə nümayəndə heyəti arasında keçirilən görüş çərçivəsində baş tutub.

"Mərkəz Çuy vilayətində tikiləcək, ümumi investisiya həcmi 700 milyon dollardan çox olacaq. Layihəyə ticarət şəhəri, beynəlxalq sərgi mərkəzi, anbar və mühafizə zonaları olan logistika mərkəzi, yaşayış və mehmanxana kompleksləri daxildir”, - məlumatda deyilir.