
Qəzzada Qızıl Aypara Cəmiyyətinin qərargahı atəşə tutulub
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Təşkilatın Xan Yunisdəki qərargahının atəşə tutulması nəticəsində 3 məcburi köçkün ölüb, 2 nəfər isə yaralanıb”, - məlumatda qeyd edilib.
Mənsurə Hümbətova