Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib -

Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib - FOTO

19 İyul 2024

İyulun 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula gələn vətəndaşların problemləri diqqətlə dinlənilib və həll olunması üçün müvafiq tapşırıqlar verilib. Müraciətlər maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri habelə digər müxtəlif məsələlər ilə bağlı olub. Vətəndaşlar göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə ediblər.