Qəri Counz: “Naxçıvan və Şərqi Zəngəzur böyük enerji potensialı ilə seçilir”

Qəri Counz: “Naxçıvan və Şərqi Zəngəzur böyük enerji potensialı ilə seçilir”

03 İyun 2023

Azərbaycanın xüsusilə Naxçıvan və Şərqi Zəngəzur bölgələri böyük günəş, külək, geotermal və hidroenerji potensialı ilə seçilir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Naxçıvan şəhərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyada bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.

Azərbaycanın möhtəşəm enerji tarixinin bir hissəsi olmaqdan böyük qürur duyduğunu qeyd edən bp rəsmisi bundan sonra da ölkənin enerji gələcəyinin formalaşmasına dəstək verməyə hazır olduqlarını ifadə edib. O, Naxçıvan və Şərqi Zəngəzurun böyük enerji ilə seçildiyini, bu rəngarəngliyin xalis sıfır emissiya üçün ideal imkan yaratdığını, ölkənin etibarlı enerji tərəfdaşı kimi bp-nin bu potensialı maksimum dərəcədə inkişaf etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.