Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə edilib

Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə edilib

24 May 2024

Bu gün Qazaxın işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Azərbaycan və Ermənitan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb