Qarabağda biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu TDT-nin payına düşür

Qarabağda biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu TDT-nin payına düşür

26 Sentyabr 2023

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbulu üçün bu günə qədər 1 500-dən artıq müraciəti müvafiq formaya uyğun qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqro Biznes Forumunda deyib.

"Onların 500-ə qədəri xarici iş adamlarından daxil olan müraciətlərdir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür", - deyə O. Məmmədov əlavə edib.