Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə hansı cəzalar müəyyən edilib ? -

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə hansı cəzalar müəyyən edilib ? - HÜQUQ MƏSLƏHƏTİ

04 Oktyabr 2024

Sual: Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı cəzalar müəyyən edilib ?

Cavab: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti başa düşülür. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə həmin şəxslər cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşunas Nurlan Əhmədli 

.