Qanuni sahibkarlıq fəaliyyətinə mane olma nədir? -

Qanuni sahibkarlıq fəaliyyətinə mane olma nədir? - HÜQUQ MƏSLƏHƏTİ

12 İyun 2024

Sual: Qanuni sahibkarlıq fəaliyyətinə mane olma nədir?

Cavab: Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırılma öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə.

Sualı cavablandırdı: Ordubad rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor - Tuncay Əsgərli