
Qadın voleybolçular arasında Azərbaycan çempionatında VI turun oyunları baş tutub
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Murov Az Terminal” UNEC-i, “Milli Aviasiya Akademiyası” isə "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib.
"Gəncə" isə "Abşeron" 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, 6 turdan sonra "Abşeron" 17 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 12 xalla ikinci, “Gəncə” 10 xalla üçüncü, "Azərreyl" 8 xalla dördüncü, "Murov Az Terminal" 7 xalla beşinci pillədə qərarlaşıb. Bütün görüşlərdə məğlub olan UNEC sonuncu - altıncıdır.