Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib -

Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM

08 İyul 2024

Prezident Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu “Dostluq” ordeni ilə təltif edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorudur.