Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamədə dəyişiklik edilib - FƏRMAN

Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamədə dəyişiklik edilib - FƏRMAN

31 May 2023

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Fərmana əsasən “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik təsdiqlənib.

Sənədlə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin Əsasnaməsi və təsviri ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.