Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı açıqlanıb

Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı açıqlanıb

08 Dekabr 2023

2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

NAXCİVANXEBERLERİ.COM-un əldə etdiyi məlumata görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.

Qeyd edilib ki, proses fevralın 6-sı saat 8.00-da dayandırılacaq.