Prezident İlham Əliyev Azərbaycan və İsrail arasında imzalanan sazişi təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan və İsrail arasında imzalanan sazişi təsdiqləyib - FƏRMAN

03 İyun 2023

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiqləyib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.