
Polis əməkdaşının vəzifələri nədən ibarətdir ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri nədən ibarətdir?
Cavab: Polis haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək;
2) cinayət və digər hüquqpozmalar haqqında daxil olan ərizələrin və məlumatların qəbul edilməsini, qeydiyyatdan keçirilməsini və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada tədbirlərin görülməsini təmin etmək;
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
5) bu maddənin 1-4-cü bəndlərində göstərilən məsələlər üzrə məhkəmənin (hakimin) və ya prokurorun qərarlarını, habelə müstəntiqin və ya təhqiqatçının qərarlarını və yazılı tapşırıqlarını icra etmək.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov