![Pərviz Şahbazov Gürcüstana səfər edib](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/perviz-sahbazov-gurcustana-sefer-edib-1715758815.jpg)
Pərviz Şahbazov Gürcüstana səfər edib
Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.
Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.