Paşinyana etimadsızlıqla bağlı bir qrup fəal parlamentə müraciət edəcək

Paşinyana etimadsızlıqla bağlı bir qrup fəal parlamentə müraciət edəcək

20 Noyabr 2023

Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıqla bağlı bir qrup fəal parlamentə müraciət edəcək.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Bildirilib ki, bu, “Birgə” hərəkatının üzvlərinin təşəbbüsü ilə baş tutacaq. Onlar N.Paşinyanı satqınlıqda ittiham edirlər.

Təşəbbüsçülər artıq vətəndaşlara müraciət edib və onları mitinqə çağırıblar.

Noyabrın 23-də baş nazirə etimadsızlıqla bağlı ictimai sorğu keçiriləcək.

Məlumata görə, hərəkatın təsisçiləri arasında keçmiş baş nazir Qrant Baqratyan, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan, diaspor nazirinin keçmiş müavini Serj Srapionyan, siyasi xadim Narine Qaribyan və başqaları var.