Paris-2024-ə bir il qalmış Fransa Olimpiya Komitəsinin prezidenti istefa verib

Paris-2024-ə bir il qalmış Fransa Olimpiya Komitəsinin prezidenti istefa verib

25 May 2023

Fransa Milli Olimpiya və İdman Komitəsinin prezidenti Bricit Henrikes istefa verib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bu vəzifəyə üç ay ərzində seçkinin olacağı bildirilib.

Təşkilatın keçmiş rəhbəri Denis Masselya onu korrupsiya və maliyyə fırıldaqlarında ittiham etmişdi.

Qeyd edək ki, 2024-cü ildə Yay Olimpiya Oyunları Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Yarış 26 iyul-11 avqustda gerçəkləşəcək.