Pakistanda zəlzələ baş verib

Pakistanda zəlzələ baş verib

15 İyul 2024

Pakistanda 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 236 min nəfər əhalisi olan Dera Qazi Xan şəhərindən 137 km qərbdə, 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntı barədə məlumat yoxdur.