Pakistana uçan təyyarə Bakıda təcili eniş etdi

Pakistana uçan təyyarə Bakıda təcili eniş etdi

30 Oktyabr 2024

Türkiyədən Pakistana uçan təyyarə sərnişinin ölməsi səbəbindən Bakıya məcburi eniş edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraatın ölməsi səbəbindən hava gəmisi Heydər Əliyev Adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Hazırda faktla bağlı araşdırma aparılır.