Ötən il Azərbaycanın dövlət sərhədini pozduğuna görə saxlanılanların sayı açıqlanıb

Ötən il Azərbaycanın dövlət sərhədini pozduğuna görə saxlanılanların sayı açıqlanıb

10 Yanvar 2025

Ötən il Azərbaycanın dövlət sərhədini pozduğuna görə saxlanılanların sayı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair keçirilən hesabat müşavirəsində məlumat verilib.

Bildirilib ki, dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 min 500, axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfər sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb.