Ordubadda hərbi sursat aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad rayon polis şöbəsinin Biləv polis bölməsinin əməkdaşları tərəfindən Ordubad rayonu, Kotam kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik qəlpəli fuqaslı top mərmisi olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.