Oqtay Kərimov: DİN seçki günü gücləndirilmiş iş rejimində çalışacaq

Oqtay Kərimov: DİN seçki günü gücləndirilmiş iş rejimində çalışacaq

10 İyul 2024

Seçki günü Daxili İşlər Nazirliyinin (DİN) müəssisələri gücləndirilmiş iş rejimində çalışacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

Onun sözlərinə görə, zərurət yarandıqda sağlamlıq səbəbindən seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün yaşadıqları yerə səyyar seçki qutusu aparılacaq.

"Milli Məclisə seçkilərdə Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyəti istiqamətində təxirəsalınmaz hazırlıq işləri davam etdirilir. Belə ki, ölkədə qeyddiyyatda olan, eləcə də ölkədən kənarda yaşayan, işləmək üçün xaricə gedənlərin siyahısı müəyyənləşdirilir", - nazir müavini qeyd edib.