Öhdəliyi icra etmiş zaminin hansı hüquqları vardır? -

Öhdəliyi icra etmiş zaminin hansı hüquqları vardır? - HÜQUQ MƏSLƏHƏTİ

10 İyun 2024

Sual: Borclu müqavilə ilə üzərinə qoyulmuş öhdəliyi icra etmədikdə həmin öhdəliyi icra etmiş zaminin hansı hüquqları vardır?
 
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 
 
Əgər öhdəlik zamin tərəfindən icra olunarsa, zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
 
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas-Rəmzi Həsənov