
Nilofar Baxtiyar: “Pakistan hökumətində rəhbərliyin 33 faizi qadınlardır”
“Pakistan hökumətində rəhbər vəzifələrin 33 faizini qadınlar tutur”.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Pakistanın Qadınların Vəziyyəti üzrə Milli Komissiyasının sədri Nilofar Baxtiyar noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda dünyanın hər yerində qadınlar ədalətsizliklə üzləşir və buna görə də qadın hüquqları ilə bağlı konfransların keçirilməsi son dərəcə vacibdir: “Biz çox çətin dövrdə yaşayırıq. Odur ki, diqqəti qadınların hüquqlarının qorunmasına yönəltmək mühüm əhəmiyyət kəsb edir”.