
Nikol Paşinyan Türkiyədə səfərdədir
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edir.
Bu, N.Paşinyanın Türkiyəyə ilk səfəridir.
Xatırladaq ki, N.Paşinyan 2018-ci ildən Ermənistanın baş naziridir.