Nikol Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazırdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
“Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq”, - N.Paşinyan bildirib.