Nəsir Məmmədov Fuad Hüseynlə görüşüb

Nəsir Məmmədov Fuad Hüseynlə görüşüb

07 Oktyabr 2024

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, N.Məmmədov bu barədə “X”dəki hesabında yazıb.

Görüşdə ölkələr arasında ikitərəfli gündəliyin geniş müzakirəsi aparılıb, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyini vurğulanıb.

Nazir COP-29-a hazırlıq, həmçinin COP-29 zamanı Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırılıb.