Nehrəm qəsəbə sakinindən külli miqdarda siqaret aşkar edilib -

Nehrəm qəsəbə sakinindən külli miqdarda siqaret aşkar edilib - FOTO

24 İyun 2023

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretlərin satış məqsədilə saxlanılması və qanunsuz satışının  həyata keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsi Nehrəm qəsəbəsi ərazisində saxlanılıb və keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası ilə markalanmayan, ümumi sayı 35350 qutu (707000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.