Neftin qiyməti 80 ABŞ dollarını ötüb
Yaxın Şərqdə gərginliyin artması ilə bağlı geosiyasi risklər fonunda neftin bir bareli kəskin bahalaşaraq 80 ABŞ dollarına çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu göstərici ticarət məlumatlarında öz əksini tapıb.
ICE Futures birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri bir barel üçün 2,13 ABŞ dolları (2,71 %) bahalaşaraq 80,76 ABŞ dolları olub.