"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

05 Dekabr 2024

"Neftçi" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1/8 final oyununda "Difai" komandasını qəbul edən "ağ-qaralar" 6:0 hesablı qələbə qazanıb.

Paytaxt təmsilçisinin heyətində Yeqor Boqomolski (21, 66), Murad Məmmədov (25), Yuri Matias (27), Ağadadaş Salyanski (57) və Andrey Ştoqrin (63) fərqlənib.

Bu nəticənin ardından "Neftçi" növbəti raundda "Kəpəz"lə qarşılaşacaq.