NDU-nun rezidenti Norveçdə təlimlərə qatılıb -

NDU-nun rezidenti Norveçdə təlimlərə qatılıb - FOTO

08 Dekabr 2023

Naxçıvan Dövlət Universitetinin Urologiya ixtisası üzrə I kurs rezidenti Səddam İsgəndərov Norveçin Oslo Universitet xəstəxanasında "Kütləvi qırğın silahlarının istifadəsi zamanı ilkin tibbi yardım xidmətinin təşkili və müalicədə ən son yeniliklər" mövzusunda keçirdiyi təlimlərdə iştirak edərək sertifikatla təltif olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, təlimlər Avropa İttifaqının "Cənub-Şərqi və Şərqi Avropa" öləkələrində Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) hadisələri zamanı tibbi hazırlıq və cavab tədbir imkanlarının gücləndirilməsi məqsədilə keçirilib.