NDU-da Beynəlxalq Könüllülər Günü qeyd olunub -

NDU-da Beynəlxalq Könüllülər Günü qeyd olunub - FOTO

05 Dekabr 2024

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Beynəlxalq Könüllülər Günü  münasibətilə keçirilən tədbirdə çıxış edərək qeyd edib ki, ali təhsil müəssisəsində könüllülük fəaliyyətinin təşkili və inkişafına göstərilən qayğı daim diqqət mərkəzindədir. Bildirilib ki, könüllülər universitetin müxtəlif tədbirlərində fəallıqları ilə seçilir, ali təhsil ocağının nüfuzunu qoruyur və onun inkişafına töhfə verirlər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Elbrus İsayev vurğulayıb ki, universitetin könüllüləri, ali təhsil ocağını sadəcə ölkəmizdə deyil həm də beynəlxalq arenalarda da təmsil edirlər. Həmçinin diqqətə çatdırılıb ki, son illərdə könüllülük fəaliyyəti sürətlə inkişaf edib və gəncləri bu istiqamətə cəlb etmək həm də onların iş sahələrində təcrübə qazanmaqlarınada kömək edir. Rektor könüllülərə təşəkkür edib, onların işinə yüksək qiymət verərək gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov, könüllülər gününün qeyd olunmasının tələbələr arasında sosial aktivliyi artırdığını və onların şəxsi inkişafına töhfə verdiyini vurğulayıb. O bildirib ki, könüllülük fəaliyyəti gənclərin sosial bacarıqlarını artırır və onların potensiallarını üzə çıxarır.

Naxçıvan Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili bölməsinin müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov çıxışında "Könüllü Bankı" layihəsindən danışıb. O qeyd edib ki, bu platforma könüllü tələbələrin fəaliyyətlərinin koordinasiyasını təmin etməklə yanaşı, onların bacarıq və təcrübələrinin inkişafına da dəstək verəcək. Hüseyn İmanov  "Könüllü Bankı",  tələbələrin sosial layihələrdə iştirakını artırmaq və gələcəkdə əmək bazarına daha hazırlıqlı kadrlar yetişdirmək məqsədi daşıdığını deyib.

Sonda tədbirdə iştirak edən tələbələr fəal könüllü nominasiyasına görə diplomla təltif  olunublar.