NBA "İlin məşqçisi” nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb

NBA "İlin məşqçisi” nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb

29 Aprel 2024

Milli Basketbol Assosiasiyası (NBA) "İlin məşqçisi” nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb.

"NAXÇIVANXƏBƏRLƏR" məlumat verir ki, "Oklahoma" klubunun baş məşqçisi Mark Dayno birinci olub.

39 yaşlı amerikalı mütəxəssis 473 xal toplayıb.

"Orlando"nun baş məşqçisi Camal Mozli (158 xal) ikinci, "Minnesota"nın çalışdırıcısı Kris Finç (105 xal) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Oklahoma" NBA-da müntəzəm mövsümü 57 qələbə və 25 məğlubiyyətlə Qərb Konfransında birinci yerdə başa vurub.

Mənsurə Hümbətova