Nazirlik tərəfindən maarifləndirici tədbirlər keçirilir

Nazirlik tərəfindən maarifləndirici tədbirlər keçirilir

12 İyul 2024

Muxtar respublikada ünvanlı dövlət sosial yardımın elektron sistem üzərindən təyinatının tətbiqi ilə bağlı maarifləndirici görüşlər keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən keçirilən maarifləndirmə görüşü Şərur və Sədərək rayonlarında olub.

Hər iki rayonun İcra nümayəndəlikləri əməkdaşlarının iştirak etdiyi görüşdə ünvanlı dövlət sosial yardımın təyin olunması üçün müraciət edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydaları ilə bağlı iştirakçılar maarifləndirilib.