Nazir: "Azərbaycan-Türkmənistan əməkdaşlığının şaxələndirilməsi üçün əlverişli imkanlar var"

Nazir: "Azərbaycan-Türkmənistan əməkdaşlığının şaxələndirilməsi üçün əlverişli imkanlar var"

28 Noyabr 2023

Azərbaycan və Türkmənistanın malik olduğu zəngin potensiala uyğun olaraq, əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanlar var.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Bu barədə M.Cabbarov Aşqabada işgüzar səfəri çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə keçirdiyi görüşdə qeyd edib.

"Ölkələrimizin əlaqələrinin güclənməsinin səmərəli nəticələri barədə müzakirə aparılıb", - nazır bildirib.