
Naxçıvanlı sənətçi beynəlxalq festivalda mükafatlandırılıb - FOTO
Naxçıvan Dövlət Filarmoniyasının istedadlı əməkdaşı Zeynəb Səfərova Türkiyənin Adana şəhərində keçirilən VI Beynəlxalq Adana “Rhapsody Piano” Festivalında böyük uğur qazanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, festivalda “Ən yaxşı sərbəst əsər ifaçısı” və “Ən yaxşı səhnə mədəniyyəti” nominasiyaları üzrə sertifikatlarla təltif edilib.
Zeynəb Səfərova festivalda sərgilədiyi yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə həm təşkilatçıların, həm də tamaşaçıların böyük rəğbətini qazanıb.