
Naxçıvanın Tac-Mahalı: Heydər məscidi - FOTOREPORTAJ
Heydər məscidi Cənubi Qafqazın ən böyük məscidlərindən biridir. Bu məscidə memarlıq üslubuna görə Naxçıvanın Tac-Mahalı da deyirlər. Memarlıq elementləri özündə Şərq memarlıq üslubunu daşıyır.
Ərazisinin ümumi sahəsi 82 250 kvadratmetrdir. Məscid ümumi sahəsi isə 6430 kvadratmetrdir. Məscid 5 korpusdan ibrətdir. Ana məscid binası 1613 kvadratmetr və iki yardımcı məscidlərin sahəsi isə 1300 kvadratmetrdir. Binanın hündürlüyü 15.25 metr, günbəz genişliyi 18.30 metr, hündürlüyü isə 14.67 metrdir. Yerdən günbəzin hündürlüyü 29.90 metrdir. Məsciddə 1300 nəfərlik ibadət yeri yaradılıb.
Məsciddən fotolar təqdim edirik:
Mətin Kamal