Naxçıvanın iqtisadi perspektivləri Türkiyə-Azərbaycan konfransında təqdim olunub - FOTO
Noyabrın 27-də İğdır Valiliyinin ev sahibliyi ilə İğdır Ticarət və Sənaye Palatasında “Türkiyə-Azərbaycan sərhəd vilayətləri iqtisadi əməkdaşlıq konfransı” keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov “Naxçıvan Muxtar Respublikası: biznes mühiti və iqtisadi perspektivlər” mövzusunda təqdimatla çıxış edib.
Abbas İsmayılov təqdimatda Naxçıvanın iqtisadi potensialı, investisiya imkanları və bölgədə yaradılan əlverişli biznes mühiti barədə ətraflı məlumat verib.