Naxçıvandan iki futbolçu millinin düşərgəsində -

Naxçıvandan iki futbolçu millinin düşərgəsində - FOTO

19 İyun 2024

Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyunun 18-də start verilən toplanışda muxtar respublikadan dəvət olunan futbolçular da iştirak edir. Bunlar "UGİM Şərur FK"-dan İlhan Məmiyev və "Araz-Naxçıvan" PFK-nın futbol akademiyasından Murad Quliyevdir.