
Naxçıvanda yol vergisi üzrə büdcə daxilolmaları 5 dəfə artıb
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2024-cü ilin yanvar-may ayları ərzində Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə muxtar respublikanın büdcəsinə yol vergisi üzrə 2 milyon 45 min manat proqnoza qarşı 10 milyon 460 min manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan proqnozdan 8.4 milyon manat və ya 412 faiz çoxdur.