Naxçıvanda yeni GES tikiləcək

Naxçıvanda yeni GES tikiləcək

04 Aprel 2025

Cəbrayılda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası (GES), 50 MVt gücündə “Şəms” GES layihələri üzrə İnvestisiya və Naxçıvanda 30 MVt gücündə GES layihəsi üzrə İcra Müqaviləsi imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bu stansiyalar sayəsində ümumilikdə illik 268 milyon kVt/saat elektrik enerjisi istehsalı, 59 milyon kubmetr qaza qənaət olunması və 128 milyon ton karbon emissiyasının azalması gözlənilir.