Naxçıvanda yararsız ət məhsulları satışdan kənarlaşdırılıb

Naxçıvanda yararsız ət məhsulları satışdan kənarlaşdırılıb

18 İyul 2024

Naxçıvanda ət satışı məntəqələrində monitronqilər həyata keçirilib, bir sıra nöqsanlar aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, monitorinq zamanı sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, istifadəyə yararsız ət məhsullarının satışının həyata keçirildiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülərək yararsız ət məhsulları satışdan kənarlaşdırılıb, fəaliyyət dayandırılaraq icrası məcburi göstərişlər verilib.