
Naxçıvanda yanvarın 19-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında yanvarın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi və dağlıq ərazilərə qar yağacağı gözlənir. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırır. Havanın temperaturunun gecə 0-5° (bəzi yerlərdə 9°-dək) şaxta, gündüz isə -2+3° isti olacağı gözlənilir.