Naxçıvanda yanvarın 18-nə olan hava proqnozu

Naxçıvanda yanvarın 18-nə olan hava proqnozu

18 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasında yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi dağlıq ərazilərə qar yağacağı ehtimal olunur. Qərb küləyinin sürətinin saniyədə 4-9 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı gözlənilir. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz isə 1+6° isti olacağı proqnozlaşdırılır