Naxçıvanda yanvarın 13-nə olan hava proqnozu

Naxçıvanda yanvarın 13-nə olan hava proqnozu

13 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasında yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri, Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Culfa, Şahbuz və Ordubad rayonlarında isə havanın yağıntılı olacağı, qar yağacağı və duman müşahidə ediləcəyi ehtimal olunur.
Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında olacağı, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Havanın temperaturu gecə -3°C-dən +2°C-yə, gündüz isə +2°C-dən +7°C-yə qədər dəyişəcək.