
Naxçıvanda verilən icazələrin sayı 14 dəfə artıb
2024-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 97 lisenziya verilib, büdcəyə 53,3 min manat vəsait ödənilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 5374 icazə reyestrdə qeydiyyata alınıb, 2023-cü illə müqayisədə icazələr 14,3 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 87,1 faiz artıb.